Bakı həkimi şantaj etdilər


Digərləri 06 Yan 2018 19:59:00 275 0

Bakı həkimi şantaj etdilər

Bakıda fəaliyyət göstərən "Rentgen" qadın sağlamlıq mərkəzinin həkimi Zərifə Mayılova şantaja məruz qalıb. Nizami rayonu 25-ci polis bölməsinin əməkdaşları həkimə qarşı dələduzluq etmiş Şəbnəm adlı qadının kimliyini müəyyən etməyə çalışır.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Nizami rayonu polis idarəsindən məlumat verilib.

Məlumata əsasən, hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Dələduzluğun qurbanı olmuş "Rentgen" mərkəzinin əməkdaşı 1959-cu il təvəllüdlü Zərifə Mayılova bildirib ki, Şəbnəm onu 2 ay müddətində şantaj edib. Hadisələr 2017-ci ilin oktyabr-noyabr aylarında baş verib.