Googleun haqqınızda topladığı axtarış, məkan və reklam


Digərləri 06 Yan 2018 19:07:00 302 0

Googleun haqqınızda topladığı axtarış, məkan və reklam

"Fəaliyyətim" üçün link

Hər gün nəyi araşdırdığınızı, nəylə məşğul olduğunuzu və hansı internet saytlarını ziyarət etdiyinizi bilən var.

Google-dan danışırıq, dünyanın ən populyar axtarış mühərrikindən.

"Google xidmətlərini istifadə etdikdə, məlumatlarınız baxımından bizə inana bilərsiniz", texnologiya nəhəngi, məxfilik şərtləri və qaydalarının ilk sətrində istifadəçilərinə nəylə qarşılaşacaqlarını bu qədər açıq deyir.

Ancaq bilmədiyiniz bu ola bilər: Google, "Fəaliyyətim" funksiyasında toplanan məlumatlarınızı silmək imkanı da yaradır.

Bir neçə sadə addımla, özünüzü Google-a unutdura bilərsiniz.

1. "Fəaliyyətim" (My activity) funksiyanı silmək

Google, siz axtarış etdiyiniz zaman topladığı məlumatı hesabınızla əlaqəli şəkildə saxlayır.

Gördüyünüz hər bir hərəkət qeydiyyata alınır. Məsələn, forma doldurmaq və ya Gmail hesabınızın məktub daxil olan qutusunu yeniləmək.

Bütün bu göstəricilər "Fəaliyyətim" hissəsində toplanır. Sizin baxmalı olduğunuz yer də buradır.

Silmək istədiklərinizi, axtardığınız subyektləri və ya səhifələri, ya axtarış funksiyasını istifadə edərək tapa bilərsiniz, ya da hər şeyi və ya müəyyən bir tarix ərzindəki subyektləri seçə bilərsiniz.

Google-dan işinizin mümkün nəticələrinə dair bir xəbərdarlıq çıxacaq.

2. YouTube-da bütün fəaliyyətlərinizi silmək

Google, Youtube-da baxdıqlarınızı və axtardıqlarınızı da təqib edir.

Ancaq bunu da silmək asandır. Əvvəla, soldakı menyudan "Tarixcə"yə daxil olun, sonra sağdakı menyudan "baxış tarixçəsi" və "axtarış keçmişini" seçərək təmizləyin.