Tərtərdə 1 əl qumbarası tapılıb (FOTO)


Digərləri 06 Yan 2018 17:14:00 339 0

Tərtərdə 1 əl qumbarası tapılıb (FOTO)

Tərtər rayonu ərazisində 1 ədəd əl qumbarası tapılıb.

Bakı. Tərtər rayonu ərazisində 1 ədəd əl qumbarası tapılıb. Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilir ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tərtər rayonu, Yuxarı Qaradağlı kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.