Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Cocuq Mərcanlıda aksiya keçirib FOTO


Digərləri 06 Yan 2018 14:19:00 343 0

Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Cocuq Mərcanlıda aksiya keçirib  FOTO

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası bu gün Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində humanitar aksiya keçirib.

Son.az xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə bildirib ki, 2005-ci ildən indiyədək Səyyar Klinika respublikanın rayon və şəhərlərində 125 aksiya keçirib.

O bildirib ki, Mərkəzin Azərbaycanın rayon və şəhərlərində həyata keçirdiyi tibbi aksiyalar ölkədə səhiyyə ilə bağlı reallaşdırılan layihələrin tərkib hissəsidir: "Aksiyaların keçirilməsində məqsəd pasiyentlərin səhhətləri ilə bağlı olan problemlərin həllinə kömək göstərmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və problemlərin həllinə çalışmaqdır".


Xəbərə aid fotolar