Hava limanında iki təyyarə toqquşdu


Dünya 06 Yan 2018 09:23:00 277 0

Hava limanında iki təyyarə toqquşdu

Toronto şəhərinin beynəlxalq hava limanında iki təyyarə toqquşub.

Son.az APA-ya istinadən xəbər verir ki, "Sunwing Jet" aviaşirkətinə məxsus təyyarə uçuş zolağında "WestJet" aviaşirkətinin təyyarəsi ilə toqquşub, nəticədə yanğın baş verib.

İlkin məlumat əsasən, sərnişinlər dərhal təyyarələrdən təxliyə edilib, zərərçəkən yoxdur.