Lənkəranda naməlum əşya aşkarlanıb FOTO


Digərləri 06 Yan 2018 08:33:00 211 0

Lənkəranda naməlum əşya aşkarlanıb  FOTO

Lənkəranda 1 ədəd hərbi təyinatı olmayan naməlum əşya aşkar edilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a verilən məlumata görə, yanvarın 5-i Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Lənkəran rayonu, Velədi kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı çəkilmiş əraziyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd hərbi təyinatı olmayan naməlum əşya aşkar edilib, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş naməlum əşyanın ətrafında 5 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Bu əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib.


Xəbərə aid fotolar