Saxta reseptlərin qarşısı BU YOLLA alınacaq MARAQLI LAYİHƏ FOTO


Digərləri 05 Yan 2018 23:10:00 250 0

Saxta reseptlərin qarşısı BU YOLLA alınacaq  MARAQLI LAYİHƏ  FOTO

Çexiyada Səhiyyə sistemi əhalinin sağlamlığını qorumaq və saxta reseptlərin qarşısını almaq məqsədilə "eResept" - Elektron resept layihəsi hazırlayıb.

Son.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb. Sözügedən layihə hazırda ölkənin Ostrava şəhərində aktiv şəkildə istifadə olunmağa başlayıb.

Elektron resept - üzərində ağ bar kodu və dərman adlarının yazıldığı kağızı xatırladır. Nazirlik nümayəndəsinin fikrincə, sistem genişləndikcə, elektron reseptin tətbiq edilməsi daha da sərfəli olacaq.

Çexiyada elektron reseptlərin tətbiq edilməsinə 2018-ci ildən etibarən daha çox diqqət ayrılacaq. Artıq apteklər müştərilərə dərmanları bu üsulla verir.


Xəbərə aid fotolar