DİQQƏT! Saxta manatı əslindən necə ayırd etməli? FOTO


Digərləri 05 Yan 2018 17:47:54 362 0

DİQQƏT! Saxta manatı əslindən necə ayırd etməli?  FOTO

Azərbaycan Mərkəzi Bankı saxta əskinaslarla mübarizə çərçivəsində bu gün yerli banklara məktub göndərib.

Son.az Trend-ə istinadən xəbər verir ki, şübhəli əsginasların Nağd pulun İdarəetmə İnformasiya Sisteminin veb-portalında qeydə alındıqdan sonra Mərkəzi Banka göstərilməsi tapşırılır.

Qeyd edək ki, Azərbaycan manatlarının mühafizəsi sistemi dörd mərhələdən ibarətdir. 100 manat nominallı əsginasın mühafizəsi sistemləri aşağıdakı kimidir:

I və II dərəcəli mühafizə elementlərini adi gözlə görmək mümkündür. Bu elementlər əhali üçün nəzərdə tutulur. Əskinasın üz hissəsində pulun dəyəri gizli formada qeyd olunub:

Digər element əskinasın sol aşağı küncündə 100 rəqəminin müxtəlif bucaqlardan fərqli rənglərə çalmasıdır. Əsl əskinaslarda bu rənglər tünd qırmızı ilə yaşıl rəng arasında dəyişməlidir.

Əsginası işığa tutarkən onun sol tərəfində manat işarəsi, əskinasın dəyəri, "manat" yazısı və su nişanını görmək olar.

Bundan başqa, əskinasdakı İçərişəhər saray kompleksinin qala divarının bir hissəsinə xüsusi diqqət yetirmək lazımdır. Orijinal əskinasda qala divarında ayrı-ayrı kərpicləri, yanındakı binada isə "Azərbaycan" mikromətnini görmək mümkündür.

Əskinasın sağ aşağı küncündə Azərbaycanın xəritəsi və 100 rəqəmi əks olunan holoqram görünür. Bundan başqa, sağ yuxarı küncdə 100 rəqəminə və sağda şaquli "YÜZ MANAT" yazısına toxunduqda onların relyefliyini hiss etmək olar.

Əskinasın sağ yuxarı küncündə AMB yazısı var ki, onu xüsusi avadanlıq vasitəsilə görmək mümkündür. Digər əskinaslardan fərqli olaraq 100 manatlıq kağız pullarda ikinci AMB yazısı da var. Bu yazı rənglidir və əskinasın sol tərəfində yerləşir.


Xəbərə aid fotolar