Bu qızın qatilini də Xoşqədəm tapıb


Digərləri 05 Yan 2018 13:48:39 294 0

Bu qızın qatilini də Xoşqədəm tapıb

Bir neçə gün əvvəl daxili işlər və prokurorluq orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 20 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb.

Ötən il dekabrın 26-da Masallı rayonunun Yeni Zuvand kənd sakini Stəkan Məmmədova 1997-ci ildə Tatyan kənd sakini Vüqar İsayevin onun qızı Bahar Məmmədovanı evlənmək məqsədilə qaçıraraq Rusiya Federasiyasına aparması, lakin sonradan Vüqar kəndə qayıtsa da övladından heç bir xəbər olmaması barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sonuncu müraciətdən 4 il əvvəl, yəni 2013- cü ildə qızın ailəsi Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişində qonaq olub. Həmin verilişdə aparılan araşdırmalar nəticəsində bu məsələdə cinayət izinin olduğu vurğulanıb. 

Bahar Məmmədovanın ailəsinə qızının uzun illər Rusiyanın Arxangelski şəhərində yaşadığı deyilsə də, bunun yalan olduğu üzə çıxıb. Onu qaçıran Vüqar İsayevin isə Moskvaya tək getdiyi məlum olub. Günlərin birində Arxangelskidən qızın öldürüldüyünə dair məktub gəlsə də, verilişin araşdırması nəticəsində həmin məktubun əslində Masallıdan göndərildiyi məlum olub.

V. İsayevin həmçinin hərbi xidmətdən yayınmaq məqsədilə Arxangelskiyə gəldiyini qardaşı Mübarizin Rusiyadakı xanımı da "Səni axtarıram" verilişinə açıqlamasında qeyd edib.

O, Masallıda olarkən də hərbi xidmətdən yayınmaq üçün Baharı özünə çıxış yolu hesab edib. 


Xəbərə aid video