Bu il nə qədər balıq ovlamaq olar?


Digərləri 05 Yan 2018 11:16:00 290 0

Bu il nə qədər balıq ovlamaq olar?

Nazirlər Kabineti "2018-ci il üçün "Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota)"nın və "Balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsü"nü təsdiq edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, 2018-ci il üçün Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota) aşağıdakı kimi müəyyənləşdirilib:

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalar - 3455 ton;

başqa balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalar - 205,1 ton;

elmi tədqiqat və nəzarət məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar - 13,2 ton;