Ərdoğandan Ruhaniyə çağırış: İran xalqının tələblərini nəzərə al


Digərləri 05 Yan 2018 11:05:00 205 0

Ərdoğandan Ruhaniyə çağırış: İran xalqının tələblərini nəzərə al

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığı zamanı İslam Respublikasının Prezidentini İran xalqının tələblərini nəzərə almağa çağırıb.

Bakı. Rufiz Hafizoğlu - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığı zamanı İslam Respublikasının Prezidentini İran xalqının tələblərini nəzərə almağa çağırıb. Trend-in məlumatına görə, bunu R.T.Ərdoğan Fransa KİV-lərinə açıqlamasında deyib. Onun sözlərinə görə, telefon danışığı zamanı H.Ruhani bildirib ki, İran şəhərlərində vəziyyət tam nəzarət altındadır və narahatlığa heç bir əsas yoxdur.