Cütlük özünü şeytana qurban verdi


Digərləri 05 Yan 2018 10:12:00 301 0

Cütlük özünü şeytana qurban verdi

O, evdən çıxarkən boynunda pentaqram formalı boyunbağı asılı olub

Yunan adasından iki nəfərin cəsədi tapılıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, sevgili olduqları deyilən ikilinin özlərini şeytana qurban verdikləri düşünülür.

Yanvar ayının 2-də Kefalonia adasından 23 yaşlı Lilia Botuşeva və onun 30 yaşlı alman sevgilisinin cəsədi tapılıb.

Onların tapıldığı otağın divarlarına qanla sözlər yazılıb və çoxlu şamlar yandırılıb. Onların satanist (şeytan tərəfdarları) olduqları deyilir.

Araşdırmalar nəticəsində məlum olub ki, əvvəlcə qız özünü öldürüb. Daha sonra isə oğlan vannaya girərək özünü ürəyindən bıçaqlayıb.


Xəbərə aid fotolar