Şimali Koreya Seulun təklifini qəbul etdi


Dünya 05 Yan 2018 09:07:00 230 0

Şimali Koreya Seulun təklifini qəbul etdi

KXDR gələn həftə yüksək səviyyəli danışıqların aparılmasına dair Cənubi Koreyanın təklifini qəbul edib.

Son.az APA-ya istinadən xəbər verir ki,  söhbət Seulun danışıqların yanvarın 9-da keçirilməsinə dair sonuncu təklifindən gedir. Danışıqlar zamanı Şimali Koreyanın Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarında mümkün iştirakı və iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması məsələsinin müzakirə olunması planlaşdırılır.

Məlumata görə, hər iki tərəf sənədlərin mübadiləsi yolu ilə danışıqlara dair işçi məsələləri müzakirə etməyi qərara alıblar.