Turizm şirkəti açaraq nə qədər qazanmaq olar?


Digərləri 04 Yan 2018 23:55:00 299 0

Turizm şirkəti açaraq nə qədər qazanmaq olar?

İlk növbədə ya fiziki, ya da hüquqi şəxs kimi qeydiyyatdan keçərək VÖEN açılmalıdır. Vergilər Nazirliyindən əldə etdiyimiz məlumata görə, VÖEN açılması üçün 11 manat rüsum ödəməlisiz.

İndi artıq turizm xidməti üçün lisenziyaya da gərək yoxdur. M.Ağakərimov lisenziya üçün ödənişin ləğv edilməsini müsbət hal saysa da lisenziyanın ləğvinin düzgün olmadığını qeyd edib: "Yəni, yeni şirkət yoxlanılmalı və yalnız bundan sonra fəaliyyətinə icazə verilməli idi. Türkiyədə turizm şirkəti açmaq üçün 30-dan çox sənəd tələb olunur",

İkinci mərhələdə turizm şirkətini işə salmaq üçün nə etmək lazımdır? Son.az bizplus.az-a istinadən bildirir ki, ekspert Kənan Hənifəyev turizm şirkətlərinin fəaliyyət dövrünü 3 mərhələyə bölüb: Başlanğıc, İnkişaf, Peşakar dövr.

Başlanğıc dövr üçün nələr tələb olunur? K.Hənifəyev deyir ki, ilk növbədə, hüquqi şəxs olaraq qeydiyyatdan keçmək lazımdır. Sonra fəaliyyət barədə və təyin edilmiş  şirkət adı  altında Mədəniyyət və Turzim Nazirliyinə  məktubla məlumat verilməlidir.

K.Hənifəyev daha sonra  şirkətin  fəaliyyət istiqamətinə uyğun olaraq, şirkətin ofislə və işçilərlə təmin olunmasını vacib sayır. Şirkətin fəaliyyət istiqamətindən asılı olaraq  aviabilet satışı, gəlmə, getmə və daxili  turizm üzrə menecerlərlə əmək müqaviləsi  əsasında işçiləri cəlb  etmək lazımdır.

İşçilərin koordinasiyası K.Hənifəyev məsləhət bilir ki, hər bir menecer  öz iş istiqamətinə  uyğun fəaliyyət  planı  tərtib  etməlidir. Eyni zamanda şirkətin hədəf fəaliyyətinə  uyğun  mexanizmləri tərtib etməlidir.

Aviabilet  meneceri,  əsasən, aviabilet sistemləri  ilə  müqavilə  bağlayaraq   şirkətin  həmin sistemlərdən bilet kəsimi  üçün giriş  əldə  etməlidiri. Bundan başqa xaricə  getmə  üzrə  menecer  xaricdəki  turizm partnyorları ilə əməkdaşlıq etməli və  xarici  otel sistemləri ilə əməkdaşlıq  və şirkətiylə müqavilələrin bağlanması  xaricdə  baş  tutan seminar  və tədbirlərdə  işitrak etməli,  xarici  partnyorların təkliflərini  dəyərləndirib  və uyğun əməkdaşlıq  qurmalıdır.

Bundan başqa daxili  turizm  meneceri  ölkə daxili  otellərlə, restoranlarla,  nəqliyyat şirkətləri ilə əməkdaşlıq  etməli,  müqavilələr bağlamalı  və   əlində olan  resurslara uyğun tur paketlər  hazır edərək müştərilərə   təqdim etməlidir. Həmçinin,   xaricdən gələn  turistlər   üçün  turlar  hazırlanmalı, onlara  visa xidmətindən tutmuş bələdçi  xidmətinə  kimi bütün xidmətlər təqdim olunmalıdır.