İŞİD Kabildə baş verən terror aktına görə məsuliyyəti üzərinə götürüb


Dünya 04 Yan 2018 23:36:55 270 0

İŞİD Kabildə baş verən terror aktına görə məsuliyyəti üzərinə götürüb

Partlayış Kabilin PD9 rayonu yaxınlığındakı nəzarət-keçid məntəqəsində baş verib

İŞİD terror qruplaşması Kabildə baş verən terror aktına görə məsuliyyəti üzərinə götürüb.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, terrorçu kamikadzenin özünü partlatması nəticəsində 15 nəfər ölüb, daha 25 nəfər yaralanıb.

Digər məlumatlara görə, ölən və yaralıların ümumi sayı 80 nəfərdir. Bunlar hüquq-mühafizə oranlarının əməkdaşlarıdır.

Partlayış Kabilin PD9 rayonu yaxınlığındakı nəzarət-keçid məntəqəsində baş verib.