Saatlıda kartof əkini aparılır VİDEO


Digərləri 04 Yan 2018 21:18:00 318 0

Saatlıda kartof əkini aparılır  VİDEO

Ötən illərdən fərqli olaraq fermerlər bu il texnika ilə əkinə üstünlük verirlər. Əkində texnikadan istifadə həm vaxt baxımından sərfəlidir, həm də ucuz başa gəlir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, fermerlər bu il yeni üsuldan istifadə edirlər. Kartofu texnika vasitəsilə əkirlər. Məhsulun bol olması üçün hələ 3 ay əvvəldən torpaqlar şumlanaraq hazır vəziyyətə gətirilib. Saatlıda kartof əkən fermərlər deyirlər ki, əl əməyindən fərqli olaraq texnika sayəsində həm bitkiarası, həm də cərgəarası məsafələr standart olur. Həmçinin toxumluq kartoflar eyni dərinlikdə basdırılır. Bundan başqa, texnikanın movcud olması işləri daha da sürətləndirir. Texnika ilə əkin məhsuldarlığın daha yüksək olmasına da gətirib çıxarır. Belə ki, əllə əkin zamanı ölçülər qeyri-standart olduğu üçün becərmə işləri də düzgün getmir və bu da məhsuldarlığa təsir göstərir. Hazırda fermerlər Ağstafada toxumluq olaraq yetişdirilən "Hollandıya" sortu kartofa üstünlük veriblər. 150 günə yetişən bu növ toxumdan hər hektara 3 ton əkilir. Nəticədə isə fermerlər ildə 35-40 ton arası məhsul götürürlər.


Xəbərə aid video