Hərbi qulluqçulara mənzil verilib FOTO


Digərləri 04 Yan 2018 16:48:00 401 0

Hərbi qulluqçulara mənzil verilib  FOTO

Gəncə şəhərində Daxili Qoşunların hərbi qulluqçularına mənzillərin orderlərinin təqdimolunma mərasimi keçirilib.

Daxili İşlər Nazirliyi DQ-dən Son.az-a veriən məlumata görə, tədbirdə Daxili Qoşunlar komandanının müavini, Maddi-texniki təminat İdarəsinin rəisi general-mayor Fəxrəddin Səmədov mənzillə təmin olunan hərbi qulluqçuları DİN-nin rəhbərliyi və Daxili Qoşunlar komandanlığı adından təbrik edib. Diqqətə çatdırılıb ki, DQ-nin şəxsi heyəti daim Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Açılışında iştirak edilən, böyük zəhmət hesabına başa gələn yaşayış binası isə bu qayğı və diqqətin daha bir nümunəsidir.

Hərbi qulluqçular adından çıxış edən kapitan Bəxtiyar Əliyev əlamətdar və unudulmaz bir gün yaşadıqlarını deyərək, ailə üzvlərinin hədsiz sevinc hissi keçirdiklərini bildirib. Qeyd edib ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin onlara göstərdiyi etimadı bundan sonra da fədakar xidmətləri ilə doğruldacaqlar.


Xəbərə aid fotolar