"Nazirlər Kabinetində dəyişikliklər istisna olunmur"


Dünya 04 Yan 2018 14:21:00 243 0

"Nazirlər Kabinetində dəyişikliklər istisna olunmur"

Türkiyə Nazirlər Kabinetinin tərkibində dəyişikliklər istisna olunmur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Baş nazirinin müavini Rəcəb Akdağ deyib.

O qeyd edib ki, hökumətin tərkibində dəyişikliklərin baş verməsi hökumətin işinə təsir etməyəcək.

R.Akdağ, həmçinin vurğulayıb ki, Türkiyədə növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilmir.

Qeyd edək ki, bu Türkiyə KİV-lərində hökumətdə dəyişikliklərin baş verə biləcəyi barədə xəbər yayılıb.

Məlumata görə, Nazirlər Kabinetinə 18 yeni nazir daxil edilə bilər.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində