Qadın cərrah 18 saat fasiləsiz işlədi,


Digərləri 04 Yan 2018 12:41:00 332 0

Qadın cərrah 18 saat fasiləsiz işlədi,

Çinin Şansi vilayətindəki hospitallardan birində cərrah işləyən 43 yaşlı Çjao Byansyan 18 saat fasiləsiz çalışandan sonra vəfat edib.

Son.az AsiaOne-a istinadən bildirir ki, pasiyentlərin dediklərinə görə, qadın cərrah hospitalda xəstələrə baxış zamanı qəflətən huşunu itirərək yerə yıxılıb.

İlkin məlumata görə, cərrah xanımın ölüm səbəbi beyindəki qan dövranının pozulmasıdır.

Ötən ilin iyul ayında Çinin Szyansu vilayətində polis zabiti ifrat yorğunluqdan iş yerində ölmüşdü. O, 36 saat fasiləsiz işləmişdi.


Xəbərə aid fotolar