Sevil Sevinc: “Keçmişimizdən utanmırıq…” FOTO


Şou-biznes 04 Yan 2018 12:32:00 1092 0

Sevil Sevinc: “Keçmişimizdən utanmırıq…”  FOTO

Tanınmış əkiz müğənnilər Sevil və Sevinc Səfərovaların estetik əməliyyatdan əvvəlki fotoları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, instaqram səhifələrində paylaşılan şəkillər izləyicilər tərəfindən tənqid olunub, Səfərovaların keçmiş burunları məsxərəyə qoyulub.

Məşhur bacılar 1 milyon 300 minlik rəsmi instaqram səhifələrində tənqidlərə cavab veriblər. Onlar keçmişlərindən utanmadıqlarını qeyd ediblər:

"Bütün səhifələrdə yazılanlara cavab verək. Keçmişimizdən utanırıqmı? Gözəl sualdır. Qətiyyən yox! Səbəbini sizə deyim. Təki bizi xarici görünüşümüzlə utandırasız. Mən demirəm ki, bunu paxıllıq edib yazırsız. Çünki kiməsə o hissi yaşatmaq üçün qeyri-adi heç nəyimiz yoxdur. İstənilən halda hər kəs estetik dəyişiklik edə bilər.


Xəbərə aid fotolar