Siyasətçi gənc modelə görə həyat yoldaşını tərk etdi FOTO


Dünya 04 Yan 2018 12:05:00 390 0

Siyasətçi gənc modelə görə həyat yoldaşını tərk etdi  FOTO

UKIP-in yeni lideri yarıçılpaq şəkilləri yayılan modelə görə həyat yoldaşını tərk edib

"Birləşmiş Krallığın müstəqillik partiyası"nın (UKIP) sədri yarıçılpaq şəkilləri yayılan modelə görə həyat yoldaşını tərk edib.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, 54 yaşlı siyasətçi və keçmiş kapitan Henri Bolton yeni il gecəsini 29 yaşl model Co Marni ilə birlikdə keçirib.

Özünü model və aktrisa kimi təqdim edən Co Marninin sosial şəbəkəsi açıq-saçıq şəkilləri ilə doludur. Onun dostlarından biri The Sun-a açıqlama verib.

"Conun bu hərəkəti bizi çox təəccübləndirdi. İndi o UKIP ailəsinin üzvüdür. O, çox ağıllı və bacarıqlıdır. Co Henriyə dəstək olacaq".


Xəbərə aid fotolar