Ən bahalı araq oğurlandı FOTO


Digərləri 04 Yan 2018 09:58:06 604 0

Ən bahalı araq oğurlandı  FOTO

Danimarkanın Kopenhagen şəhərindəki "Cafe 33"dən 1,3 milyon dollar dəyərində araq şüşəsi oğurlanıb.

Son.az TV-2-yə istinadən bildirir ki, kafenin sahibi, araq kolleksioneri Brian İnqberqin dediyinə görə, oğru kafedə cəmi 3 dəqiqə olub və nəyin harada olduğunu əla bilib.

O, qızıl və gümüşdən hazırlanan, ağırlığı 6 kq olan "Russo-Baltique Vodka" araq şüşəsini aparıb.

"Russo-Baltique Vodka" dünyanın ən bahalı arağı sayılır.

"Pərişanam. Bu araq kolleksiyamın incisi idi. Kolleksiyadakı 1200 araq şüşəsi arasında onun əlahiddə yeri vardı", - danimarkalı Brian İnqberq deyib. O, sabiq əməkdaşından şübhələnir.

İnqberqin dediyinə görə, o, arağı yarım il əvvəl Latviyanın "Dartz Motorz" şirkətindən icarəyə götürmüşdü.