"Embawood"un əməkdaşını öldürüb,


Digərləri 04 Yan 2018 09:48:00 302 0

"Embawood"un əməkdaşını öldürüb,

Ağstafa rayonunda Gəncə sakini 1977-ci il təvəllüdlü Samir Fikrət oğlu Əliyevi qətlə yetirərək maşınını yandıran şəxs saxlanılıb.

Son.az report-a istinadən xəbər verir ki, bu, Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Mustafayev Elçin Məmməd oğludur.

Qeyd edək ki, qətlə yetirilən şəxs "Embawood" firmasında çalışırmış.

Hadisə Ağstafa rayonunun Xətai kəndində baş verib. Meyitin boğaz nahiyəsində bir, kürək nahiyəsində isə bir neçə bıçaq xəsarəti olub. Qətlə yetirilmiş şəxsə məxsus olan "VAZ-2104" markalı avtomobil meyitin aşkar edildiyi yerdən, təxminən 1,5 kilometr kənarda yandırılıb.