Bakıda yoldan keçən həkim küçədə bıçaqlanan kişini ölümdən xilas etdi


Digərləri 04 Yan 2018 09:09:00 233 0

Bakıda yoldan keçən həkim küçədə bıçaqlanan kişini ölümdən xilas etdi

Bakının Səbail rayonunda orta yaşlı kişi bıçaqlanıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Bayıl qəsəbəsindəki bazarın yaxınlığında qeydə alınıb.

1983-cü il təvəllüdlü Kəmirov Emin İlqar oğlunun mobil telefonuna tanışı tərəfindən zəng daxil olub və o, Emindən bayıra çıxmasını istəyib.

Zəng əsasında bayıra çıxan E. Kərimova hazırda məlum olmayan səbəblərdən iki bıçaq zərbəsi vurulub. Zərbə E.Kərimovun ayağındakı damara düşüb. O, çoxlu qan itirməyə başlayıb. Lakin bu zaman ərazidən keçən Bakıdakı özəl klinikalardan birinin İran əsilli həkimi ona ilkin tibbi yardım göstərərək "təcili yardım" vasitəsilə xəstəxanaya aparıb.