Avropada "Eleonor" qasırğası nəticəsində 3 nəfər ölüb


Dünya 04 Yan 2018 05:12:10 237 0

Avropada "Eleonor" qasırğası nəticəsində 3 nəfər ölüb

Təbii fəlakət bir sıra ölkələrdə binalara ziyan vurub

Bir neçə Avropa ölkəsində cərəyan edən "Eleonor" qasırğası nəticəsində azı 3 nəfər həyatını itirib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bir nəfər Alp dağlarının Fransa ərazisinə düşən hissəsində ölüb, daha iki nəfər isə İspaniyada Basklar ölkəsi sahillərində nəhəng dalğaların qurbanı olub.

Bildirilir ki, təbii fəlakət Avropanın bir sıra ölkələrində binalara ziyan vurub. Onların bəzilərində minlərlə ev işıqsız qalıb.