Dondurulmuş xurma yedikdə orqanizmdə nə baş verir?


Digərləri 03 Yan 2018 21:54:00 451 0

Dondurulmuş xurma yedikdə orqanizmdə nə baş verir?

Xurma mağazalarda və bazarlarda ən çox satılan mövsüm meyvəsidir. Bu dadlı şərq meyvəsini uşaqlar da, yaşlılar da eyni dərəcədə sevir.

Son.az xəbər verir ki, bütün dünya xurma ilə 1855-ci ildə amerikalı admiral Metyu Perrinin 200 il qərblə təcrid olan Yaponiya səfərindən tanış olub. Perri ABŞ-a əliboş gəlməmişdi. O, bu gün hər kəsin sevdiyi xurma meyvələrini də özü ilə gətirmişdi. Latın dilindən xurma "Allah yeməyi" və ya "Cənnət meyvəsi" kimi tərcümə olunur.

Xurma sadəcə ləzzətli deyil, eyni zamanda da sağlamlığımız üçün faydalıdır. Əgər mütəmadi xurma istifadə etsəniz, onun sayəsində bir çox xəstəliklərin qarşısını almaq olar. Lakin özünün bütün cəlbedici və faydalı xüsusiyyətləri ilə bərabər xurmanın zərərli tərəfləri də var.

Orqanizmə ümumi təsiri

Xurmada olan kaxetin və polifenollar iltihabönləyici və antinakterial xüsusiyyətlərə malikdir. Faydalı tərkibi sayəsində meyvə qrip və soyuqdəymə kimi mövsüm xəstəliklərindən orqanizmi müdaifə edir.

Narıncı piqment - beta-karotin isə tənəffüs sistemi orqanlarına müsbət təsir göstərir, xüsusilə də ağciyər iltihabını və bronxitin ağırlaşmasının inkişafına yol vermir.

Ürək-damar sisteminin xəstəliklərinə təsiri

Xurmanın tərkibindəki yüksək kalium və maqnezium ürək və damarların normal işini qorumağa kömək edir. Bu maddələr bədən üçün olduqca vacibdir, çünki ürək əzələsinin hüceyrələri maddələr mübadiləsində iştirak edir və onları enerji ilə təmin edirlər. Onlar miokard funksiyasını tənzimləyir, bu səbəbdən də xurma istifadəsi imkan verir ki, onu aritmiya və ürək çatışmazlığının təbii profilaktikası adlandıraq.

Sidik kisəsi xəstəliyinin müalicəsində

Xurmada olan maqnezium böyrəklərdə daşların yaranma ehtimalını azaldır, orqanizmdən natrium və duzu çıxartmağa kömək edir. Bu məhsul sidikqovucu və bir çox xüsusiyyətləri sayəsində bədəni tonusda saxlayır.

Anemiya

Xurmanın ləti bu xəstəliyin müalicəsinə yaxşı kömək edir, çünki onun tərkibində çoxlu sayda dəmir var. Meyvə xüsusilə dəmir elementi çatışmazlığından əziyyət çəkən gələcək analar üçün vacibdir.

Xərçəng əleyhinə

Xurma xərçəng yaradan hüceyrələrin inkişafına mane olur. Bu da meyvənin tərkibində hüceyrə strukturlarını dağıdan, azad radikallarla mübarizə apara biləcək çox güclü antioksidant olan beta-karotinlə izah olunur.

Əks təsiri