İt ili sağlamlığımız üçün nələri vəd edir... ASTROLOJİ PROQNOZ


Digərləri 03 Yan 2018 19:07:00 292 0

İt ili sağlamlığımız üçün nələri vəd edir...  ASTROLOJİ PROQNOZ

Sağlamlığı verən Allah, onu qoruyan isə insanın özüdür. Bəs tibbi astrologiya 2018-ci ildə sağlamlığımız üçün nələri vəd edir?

Son.az modern.az-a istinadən 2018-ci il üçün tibbi astroloji proqnozu təqdim edir.

Qoç Bürcü

Bu bürc altında doğulanlar 2018-ci ildə özlərini əsasən soyuqdəymədən qorumalıdırlar. Əks halda ciddi xəstəliklərin yaranması qaçılmaz olacaq. Ona görə də sağlamlıqla bağlı problemlərin yaranmaması üçün, xüsusilə soyuq havalarda, bu bürc altında doğulanlar səhhətlərinə xüsusi diqqət yetirməlidirlər.

Normal həyat fəaliyyəti üçün kifayət qədər enerjilərinin olmasına baxmayaraq baş ağrılarının yaranma ehtimalı da mümkündür. Nəzərə almaq lazımdır ki, orqanizmdə yaranan ən adi bir problem belə öz-özünə aradan qalxmır. Buna görə həkimlərə müraciət etmək vacibdir. 2018-ci ildə xəstəliklərin müalicəsi və profilaktikası müsbət nəticələr verəcək.

Mart və sentyabr aylarında zədə almaq ehtimalı böyükdür. Buna görə də bu aylarda məişətdə, fiziki işlə məşğul olan zaman, səyahətlərə çıxarkən daha ehtiyatlı olmaq tövsiyə olunur.

Buğa bürcü

Buğa bürcündən olanların əksəriyyəti sağlamlıqlarına qarşı laqeyd olurlar. Proqnozlar bu cür laqeydliyə son qoymağı tövsiyə edir.

Buğa bürcü altında doğulan insanların mədə-bağırsaq sistemində olan xəstəliklərin kəskinləşməsi gözlənilir. Xüsusilə, yay aylarında mövcud xəstəliklər yenidən baş qaldıracaq. Buna görə də həmin ərəfədə sağlamlıqla bağlı lazımi tədbirləri həyata keçirmək lazımdır. Bununla yanaşı bu bürcdən olan insanlar sinir sisteminin qayğısına da qalmalıdırlar. Əsəbləri qorumaq üçün iş və istirahət rejimlərini düzgün tənzimləməlidirlər. Ən yaxşısı isə, yarana biləcək xəstəliklərin qarşısını vaxtında almaq üçün profilaktik tədbirlər həyata keçirmək məsləhət görülür.

Əkizlər bürcü

Əkizlər bürcü altında doğulanlar 2018-ci ildə ehtiyat enerjiləri və xəstəliklərə qarşı müqavimətləri ilə öyünə bilərlər. Bütövlükdə onların sağlamlıq durumunda ciddi problemlərin yaranacağı gözlənilmir. Yalnız normal həyat tərzi keçirməyənləri xoşagəlməz sürprizlər gözləyəcək. Ancaq bu son demək deyil. Bu bürc altında doğulanlar zərərli vərdişlərdən əl çəksələr sağlamlıqlarında problem olmayacaq.

Əkizlər 2018-ci ildə qida zəhərlənməsindən özlərini qorumalıdırlar. Buna görə qida məhsullarının və içkilərin seçilməsində diqqətli olmaq lazımdır.

Profilaktik tədbir kimi Əkizlər bürcü altında doğulanlara sağlamlıq durumunu qaydasında saxlanılması üçün orqanizmin təmizlənməsi tövsiyə edilir.

Xərçəng bürcü

Əgər bu bürc altında doğulanlar immun sisteminin qayğısına qalsalar, 2018-ci ildə sağlamlıq durumları qənaətbəxş olacaq. Sağlam həyat tərzi, xüsusilə, idman Xərçəng bürcündən olanlar üçün daha vacibdir.

Mart və oktyabr aylarında ürəkdə problemlərin yaranma ehtimalı ola bilər. Buna səbəb isə yorğunluq, fasiləsiz iş rejimi olacaq. Bu baxımdan Xərçəng bürcündən olanlar istirahətlərinə mütləq vaxt ayırmalıdırlar. Xüsusilə, qadınlar sağlamlıqlarında problemlərin yaranmaması üçün istirahətlərinə diqqət yetirməlidirlər.

Şir bürcü

2018-ci ildə Şir bürcü altında doğulanlar göz və qulaqlarını, xüsusilə, qorumalıdırlar. Ən başlıcası isə özfəaliyyət müalicəsindən uzaq olmalıdırlar.

Ümumilikdə, bu bürcdən olanlar üçün  bu il müalicə və profilaktiki tədbirlərin həyata keçirilməsində səmərəli ildir. Xüsusilə, ürək-damar xəstəliklərinin müalicəsi uğurlu nəticələr verəcək.

Bu bürc altında doğulanlar, yaz aylarında siqaret, alkoqol və digər zərərli vərdişlərdən uzaq olmalıdırlar. Əks təqdirdə bu vərdişlər xoşagəlməz fəsadlarını büruzə verəcək.

Qız bürcü

Tibbi astroloji baxımdan 2018-ci il Qız bürcündən olanlar üçün sağlam həyat vəd edir.

Piylənmə, artıq çəki problemi olanlar üçün 2018-ci il əlverişli sayılır. Bu xoşagəlməz hallarla mübarizə müsbət nəticələr verəcək.

50 yaşdan yuxarı olanlar həyat tərzinə xüsusi diqqət yetirməli, əsəb, həyəcan və gərginlikdən uzaq olmalıdırlar. Ən əsası isə məzuniyyətlərini istirahətə sərf etməlidirlər.

Tərəzi bürcü

2018-ci il Tərəzi bürcündən olanlara sakit həyat tərzi vəd edir.

Bu bürcdən olan kişilər rasionlarından yağlı qidaları çıxarmalıdırlar. Əks halda qaraciyərlə bağlı problemlərin yaranması ehtimal olunur.