Futbolçu sevgilisini döydüyünü etiraf etdi


Dünya 03 Yan 2018 17:57:00 263 0

Futbolçu sevgilisini döydüyünü etiraf etdi

"Liverpul"un uzun müddətdir ki, zədə səbəbindən yaşıl meydanlardan kənar qaldığı müdafiəçisi Con Flanaqanın başı dərddədir.

Son.az sportal.az-a istinadən xəbər verir ki, ingilis futbolçu 18 ay birgə olduğu sevgilisi Raşel Uolla fiziki güc tətbiq etməkdə günahkar bildirilərək məhkəmə qarşısına çıxarılıb. 25 yaşlı müdafiəçi məhkəmədə günahını etiraf edib və xanımı döydüyünü bildirib.

Flanaqanın məhkəməsi irəliləyən günlərdə davam edəcək. Onu ciddi cəzanın gözlədiyi bildirilir.