“Polis onlara sahib çıxmadı”


Dünya 03 Yan 2018 17:33:50 281 0

“Polis onlara sahib çıxmadı”

Türkiyənin məşhur xəbər aparıcısı Ece Üner canlı yayımda göz yaşlarını saxlaya bilməyib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Habertürk"ün siması efirdə 2 və 4 yaşlı qızlarını tüfənglə öldürən və daha sonra intihar edən Ali Yardım barədə yayımlanan sujetdən sonra halı pisləşib.

E.Üner ağlayaraq polislərə etirazını bildirib:

"Onları qoruya bilmədik. Anaları söyləmişdi ki, polisə demişdik, amma onlar bizə sahib çıxmadı. Biz bunu, həqiqətən, qəbul edə bilmərik. İnsanı yaşat ki, dövlət yaşasın. Amma biz övladlarımızı yaşada bilmirik. Gələcəyimizi qorumuruq. İki balaca qəlb bu gün döyünmür".