İranda on minlərlə insan hakimiyyətə dəstək aksiyası keçirir


Dünya 03 Yan 2018 13:40:00 345 0

İranda on minlərlə insan hakimiyyətə dəstək aksiyası keçirir

İranda hakimiyyətə dəstək aksiyası keçirilir.

Son.az xəbər verir ki, bu barədə Trend İranın dövlət telekanalına istinadən məlumat verir.

Hökumətə və rejimə qarşı etiraz aksiyalarından sonra bu gün on minlərlə insan hakimiyyətə dəstək məqsədilə yürüşə başlayıb.

Qeyd edək ki, ötən gün İranın ali lideri Ayətullah Əli Xamneyi etiraz aksiyaları ilə bağlı ilk açıqlamasında "düşmənlərin ölkədə üsyan təşkil etmək üçün pul, silah və casuslardan istifadə etdiklərini" bildirmişdi.