Farhan Hak: "BMT-nin baş katibi İrandakı etirazlar barədə məlumatları yaxından izləyir"


Dünya 03 Yan 2018 10:27:20 285 0

Farhan Hak: "BMT-nin baş katibi İrandakı etirazlar barədə məlumatları yaxından izləyir"

BMT həmçinin İranda vətəndaşların dinc toplaşmaq və özünü ifadə etmək hüquqlarına hörmət göstəriləcəyini gözləyir

"BMT İranda etirazlar zamanı insan ölümü faktlarının qeydə alınmasına görə təəssüflənir və gələcəkdə zorakılığın qarşısının alınacağına ümid edir".

"Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında təşkil edilən mətbuat konfransında təşkilatın mətbuat katibinin müavini Farhan Hak deyib.

"Baş katib İrandakı etirazlar barədə məlumatları yaxından izləyir", - deyə F.Hak bildirib.

BMT həmçinin İranda vətəndaşların dinc toplaşmaq və özünü ifadə etmək hüquqlarına hörmət göstəriləcəyini gözləyir.

Qeyd edək ki, KİV-in son məlumatlarına görə, İranda etirazlar aksiyaları zamanı 20-dən çox adam ölüb.