Nigeriyada kəndlərin birinə edilən hücum nəticəsində azı 50 nəfər ölüb


Dünya 02 Yan 2018 23:49:15 269 0

Nigeriyada kəndlərin birinə edilən hücum nəticəsində azı 50 nəfər ölüb

Hücumu maldarlıqla məşqul olan və köçəri həyat tərzi sürən fulani qəbiləsi nümayəndələri tərəfindən həyata keçirilib

Nigeriyanın cənub-şərgində yerləşən Benua ştatınındakı kəndlərin birinə edilən hücum nəticəsində azı 50 nəfər ölüb, çoxlu sayda insan xəsarət alıb.

"Report" xarici KİV istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru məlumat yayıb.

Hücumu maldarlıqla məşqul olan və köçəri həyat tərzi sürən fulani qəbiləsi nümayəndələri tərəfindən həyata keçirilib. Ölənlər arasında çoxlu sayda uşağın olduğu bildirilir.

Benua ştatı ölkənin "Orta qurşağına" aiddir. Burda fulani köçəri maldarlar qəbiləsi nümayəndələri ilə əkinçilik ilə məşqul olan xristianlar arasındakı münasibətlərdə mütəmadi olaraq qərqinlik yaşanır.