Bitcoin nədir?


Digərləri 02 Yan 2018 23:45:00 300 0

Bitcoin nədir?

Bitcoin - kriptovalyuta olub, yaradılması və mübadiləsi açıq kodlu kriptoqrafik protokola əsaslanır və hər-hansı mərkəzdən aslı deyil. Bitcoin komputer və ya smartfonlardan üçüncü bir maliyyə orqanı olmadan birbaşa köçürülə bilir.

Son.az kripto.az-a istinadən bildirir ki, bitcoin əməliyyatların təhlükəsizliyi bitcoin miner adlanan serverlər tərəfindən təmin edilir.

Bitcoinləri almaq və ya başqa bir hesaba köçürmək üçün istifadəçinin bir və ya birdən çox bitcoin hesabı ola bilər. Bitcoin hesabı onlayn ola bilər və ya komputerə, smartfona "rəqəmsal güzdan" adlanan proqram yükləməklə əldə etmək olar. Bitcoin hesabı 33 simvoldan ibarət olur və hesab nömrəsi 1 və ya 3 lə başlayır.