Başlarına oyun açırlar: Ölkədə qara rəngli avtomobillər qadağan olundu


Digərləri 02 Yan 2018 22:49:00 332 0

Başlarına oyun açırlar: Ölkədə qara rəngli avtomobillər qadağan olundu

Nəqliyyat vasitələri sahiblərinə qaytarılaraq ağ və ya digər açıq rəngə boyadılması barədə xəbərdarlıq edilir

Türkmənistanda dayanacaqlardan qara rəngli avtomobilləri evakuasiya edilir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Türkmənistan gündəliyi" nəşri yazır.

Qeyd edilir ki, yanvarın 1-dən ölkədə qara rəngli avtomobillərdən istifadə qadağan olunub. .

Yeni tələblər nəticəsində avtoservislərdə avtomobillərin rənglənməsi qiyməti iki dəfə artıb. Əgər əvvəl maşının rənglənməsi 500 dollara başa gəlirdisə, indi bu xidmət 1000 dollara qədər bahalaşıb.