Toyda oynamaq üstündə iki qardaş bıçaqlanıb:


Digərləri 02 Yan 2018 22:38:00 331 0

Toyda oynamaq üstündə iki qardaş bıçaqlanıb:

Toyda oynamaq üstündə baş verən dava iki qardaşın bıçaqlanması ilə nəticələnib. Davada iştirak edən şəxslərin cinayət işi üzrə məhkəmə iclası keçirilib. İki qardaşı bıçaqlayan şəxs cəzasından narazı qalıb.

Son.az musavat.com-a istinadən bildirir ki,1990-cı il təvəllüdlü Nicat Baxışov Cinayət Məcəlləsinin 126.2.2 (qəsdən sağlamlığa zərər vurma, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə), 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa xəsarət yetirmə) və 221.3-cü (xuliqanlıq) maddələri, Qəhrəmanov Təhmasib Səhrad oğlu isə 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham edilir.

Hər iki şəxs toyda baş verən davaya görə cinayət məsuliyyətinə cəlb ediliblər.

İttihama görə, adıçəkilən şəxslər 22 sentyabr 2015-ci il tarixdə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsindəki "Nərgiz" şadlıq sarayında Söhbət İslamovun toy məclisində içtirak ediblər.

Toy məclisində iştirak edən Ramin İbrahimov, Elşən Dərgahov və digər qonaqlar zalda rəqs edərkən toy sahibinin qohumu Təhmasib Qəhrəmanov rəqs edənlərin fasilə vermələri ilə üçün müraciət etdiyinə görə məclisi tərk ediblər.

Məclisi tərk edənlər bəyin dostları olub.

İttihamda yazılır ki, saat 21:30 radələrində şadlıq sarayının qarşısında dayanıb toyda baş verənləri müzakirə etdikləri vaxt Təhmasib Qəhrəmanovun Elşən Dərgahovu qəflətən yumruqla vurması səbəbindən aralarında kütləvi dava baş verib.

Sərxoş olan Nicat Baxışov isə, dostu Elşən Dərgahovun digər şəxslər tərəfindən döyüləcəyi ehtimalını bəhanə edərək üzərində gəzdirdiyi bıçaqla Elnur Qəhrəmanova və Buksay Zərbəliyevin hərəsinə bir bıçaq zərbəsi vurub.

Nicat Baxşıyev da istintaqda belə ifadə verib və özünü qismən təqsirli bilib. Bəyin dostu olan N.Baxşıyevə oynadıqları zaman toydan çıxarılmalarının davaya səbəb olduğunu söyləyib.

Digər təqsirləndirilən şəxs Təhmasib Qəhrəmanov isə ifadəsində bildirib ki, xalası oğlu Söhbətin toy məclisində anası, bacıları, xalaları, gəlinləri rəqs edərkən qonşularından olan bir nəfər onlarla rəqs etməyə başlayıb. Xalası oğlu Cambul həmin oğlana yaxınlaşıb, qadınların arasından çıxmasını xahiş etsə də, həmin şəxs buna əhəmiyyət verməyib və rəqs etməyə davam edib.

"Cambul təkrar həmin oğlana yaxınlaşdı. Qoluna girib arxasınca foyeyə tərəf apardı. Elnur və bir neçə qohumları onları əhatəyə aldı. Qardaşım Elnur Cambulu zala qaytardı. Ramin özü ilə bir masada oturan digər şəxslərlə birlikdə zaldan çıxdı. Bundan az sonra dayım Əflatun aranı sakitləşdirmək üçün bəyin dostlarını içəri dəvət etdi, musiqiçilərə istədikləri mahnını sifariş verib rəqs etmələrinə şərait yaratdı. Onlar da təxminən 20 dəqiqəyə yaxın rəqs etdilər".

Təhmasib Qəhrəmanov mikrafonla məclisə plov gətiriləcəyini elan edərək rəqs edənlərdən ortalığı boşaltmalarnı xahiş edib. Elə dava da bundan sonra başlayıb.

Mahnının kəsilməsindən sonra rəqs edənlərin bəziləri masalarına qayıdıb, digərləri isə məclisi tərk ediblər.

T.Qəhrəmanov deyib ki, çölə çıxan qonaqlar qardaşı ilə mübahisə edib: