Ərdəbildə etiraz aksiyaları ilə bağlı 40 nəfər saxlanılıb


Digərləri 02 Yan 2018 21:56:00 276 0

Ərdəbildə etiraz aksiyaları ilə bağlı 40 nəfər saxlanılıb

İran təhlükəsizlik qüvvələri Ərdəbil əyalətində etiraz aksiyaları zamanı 40 nəfəri saxlayıblar

Bakı. İran təhlükəsizlik qüvvələri Ərdəbil əyalətində etiraz aksiyaları zamanı 40 nəfəri saxlayıblar. Trend-in məlumatına görə, Ərdəbilin prokuroru Naser Atabati bildirib ki, saxlanılanların əksəriyyəti sorğudan sonra azad edilib, 15 nəfər isə hələ də həbsdə qalıb. Bundan əlavə, təsdiqlənməmiş məlumatlara əsasən, Təbriz şəhərində etiraz aksiyaları zamanı 90 nəfər saxlanılıb. Lakin Təbriz millət vəkili Şahabodin Bimekdar məlumatı təkzib edib və bildirib ki, onun şəhərində etirazlar keçirilməyib.