Frannsa XİN İrandakı etirazlara münasibət bildirib


Dünya 02 Yan 2018 20:05:04 243 0

Frannsa XİN İrandakı etirazlara münasibət bildirib

"Nazirlik müstəqil şəkildə nümayişlərin keçirilməsini təməl haqqlardan biri hesab edir"

"Fransa İranda etirazlar zamanı çoxlu sayda saxlanılan və xəsarət alanlarla bağlı narahatlıq keçirir."

"Report" "Anadolu Ajansına" istinadən xəbər verir ki, bu barədə Fransa XİN-in yazılı bəyanatında deyilir.

Bildirilir ki, nazirlik İrandakı etirazları yaxından izləyir və müstəqil şəkildə nümayişlərin keçirilməsini təməl haqqlardan biri hesab edir.

Bəyanatda vurğulanır ki, Fransa rəsmilərinin İran hökümət nümayəndələr ilə görüşlər zamanı insan haqqları mövzusu müzakirə olunacaq ən vacib məsələlərdən biri olacaq.