İŞİDin fransalı "beton" qadını ƏLƏ KEÇDİ


Digərləri 02 Yan 2018 19:17:00 252 0

İŞİDin fransalı "beton" qadını ƏLƏ KEÇDİ

Fransanın İŞİD sıralarına qatılan ən təhlükəli cinayətkarlarından biri saxlanılıb. Son.az publika.az-a istinadən xəbər verir ki, əslən fransalı olan Emiliya Köninq Kürd əsgərləri tərəfindən Suriyada ələ keçirilib. Hazırda Suriyada düşərgədə saxlanılan "beton" ləqəbli gənc qadın beynəlxaql səviyyədə axtarışda olub. Onun adı terrorçuların "qara siyahısına" salınıb. 30 il ərzində ən təhlükəli terrorçulardan biri sayılan qadın 2012-ci ildə Fransanı tərk edərək İŞİD terror qruplaşmasına qoşulub və 2015-ci ildən axtarışda olub. Emili Köninq sosial şəbəkələrdə İŞİD terror qruplaşmasının təbliğinə yönələn bir sıra qısametrajlı filmlərin müəllifidir. Emili 2 uşağını Fransada qoyaraq cihad üçün İŞİD-ə qoşulub. Təbliğat xarakterli çəkdiyi filmlərdən birində baş rolda məhz öz övladlarını çəkən qadın onlara silahdan atəş açmağı öyrədib. Fransa höküməti qadının uşaqları ilə bağlı hər hansı bir qərar qəbul etməyib.