İdman etmədən necə ariqlamaq olar?


Digərləri 02 Yan 2018 19:09:00 455 0

İdman etmədən necə ariqlamaq olar?

Sinqapurlu elm adamları idman etmədən də arıqlamağın mümkün olduğunu açıqlayıb.

Nanyanq Texnologiya Universitetinin bir qrup araşdırmaçısı insanların idman etmədən 30%-dək arıqlaya biləcəyini ortaya çıxarıb. Son.az publika.az-a istinadən xəbər verir ki, mütəxəssislər hər biri insanın saç telindən incə olan mikro-iynələrdən ibarət bant düzəldib. Bantdakı iynələr özündə enerjini saxlayan ağ rəngli yağları enerjini istifadə edən qəhvə rəngli yağlara çevirən bir maddə saxlayır. Araşdırma qrupundan olan professor Penq Çenq məqsədlərinin hər kəsin rahatlıqla istifadə edə biləcəyi, diqqət çəkməyən və bahalı olmayan bir bant istehsal etmək olduqlarını bildirib. Siçanlar üzərində sınaqdan keçirilən bant vücuda geyindirildikdən 5 sonra effektini göstərməyə başlayır və qandakı xolestrolu azaldır