Dünya liderləri Yeni ildə harada dincəlir? FOTO


Dünya 02 Yan 2018 14:24:00 238 0

Dünya liderləri Yeni ildə harada dincəlir?  FOTO

Yeni il bayramını və qış tətilini hər kəs fərqli məkanda, fərqli formada keçirir. Həmçinin dünya liderlərinin də bununla bağlı müxtəlif planları olur

.

Maraqlıdır bu il  dünya liderləri qış tətillərini, Yeni il bayramını harada və necə keçirir?

Son.az modern.az-a istinadla bununla bağlı yazını təqdim edir.

ABŞ prezidenti Donald Tramp Yeni ilini Florida ştatının Palm-Biç şəhərində yerləşən Mar-a-Lago yaşayış yerində keçirib. Burada qar olmasa da bayram zamanı əylənmək üçün bir çox başqa yollar var.

Məsələn, Donald Tramp qolfun böyük pərəstişkarıdır. O, tətil zamanı Castin Tomas və Daniel Berqer kimi peşəkar oyunçularla, eyni zamanda dostları ilə  bir neçə oyun oynayıb.

Mar-a-Lago bu il real qalaya çevrilib. Polislər ərazinin ətrafındakı avtomobillərin hərəkətini məhdudlaşdırıb. Sahil Təhlükəsizlik işçiləri isə çimərlik boyunca Donald Trampı izləyərək təhlükəsizliyini təmin ediblər.

Qeyd edək ki, hər kəs Mar-a-Lagoda qış tətilini keçirə bilməz.

Donald  Tramp yeni il partiyasında yalnız qolf klubunun aktiv üzvlərini və qonaqlarını qəbul edə bilər. Onlar üçün biletlərin qiyməti müvafiq olaraq 600 və 750 ABŞ dolları təşkil edir.

Mar-a-Lagoya üzv olmaq üçün isə 200.000 ABŞ dolları məbləğində vəsait ödəmək lazımdır. Sonrakı illik ödənişlər isə yalnız 15.000 ABŞ dolları məbləğindədir.

Almaniya kansleri Angela Merkel qış tətili üçün yer seçmək baxımından çox mühafizəkardır.

O, Yeni il bayramını həyat yoldaşı ilə birlikdə İsveçrədə Alp dağlarında keçirib. Merkel aktiv istirahət etməyə üstünlük verir və adətən xizəklərdən istifadə edir.

Hətta kanslerin 20 ildən çoxdur ki, dəyişməyən, sevimli xizək avadanlıqları markası (Germina) var.


Xəbərə aid fotolar