İsraildən İranla bağlı açıqlama: Hakimiyyət devrildikdən sonra...


Dünya 02 Yan 2018 13:50:00 284 0

İsraildən İranla bağlı açıqlama: Hakimiyyət devrildikdən sonra...

"İran və İsrail yenidən qardaş olmağa məcbur qalacaq"

"İran və İsrail yenidən qardaş olmağa məcbur qalacaq".

Son.az publika.az-a istinadla xəbər verir ki, bu sözləri İsrailin baş naziri Binyamin Netanyahu özünün Tvitter səhifəsində qeyd edib.

O bildirib ki, İranda günlərdir hökumət əleyhinə davam edən nümayişlərə dayanaraq bu qənaətə gəlib:

"İran rejimi daha əvvəldən İsrail və İran xalqı arasında nifrət yaratmağa çalışırdı. Lakin, hazırkı vəziyyətdə görünən odur ki, rejim buna nail ola bilmədi. İranlılar öz azadlıq haqlarını bərpa edəcəklər. Və mən ümid edirəm ki, hakimiyyət devrildikdən sonra İranlılar və İsraillilər yenə möhkəm dost olacaq".