Xaçmazda keçmiş məhkum narkotiklə yaxalandı


Digərləri 02 Yan 2018 13:04:00 235 0

Xaçmazda keçmiş məhkum narkotiklə yaxalandı

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Bakı. Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayon sakini - əvvəllər məhkum olunmuş Ravil Rəcəbov şübhəli şəxs qismində saxlanılaraq PŞ-nə gətirilib. ​Saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman əynində olan gödəkcənin sağ yan cibində bir ədəd gümüşü rəngli kağız bükümü aşkar edilərək götürülüb.