Avtobus yolu keçən piyadanı vuraraq öldürdü


Digərləri 02 Yan 2018 12:53:00 261 0

Avtobus yolu keçən piyadanı vuraraq öldürdü

Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yolu keçən piyadanı avtobus vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məluamata görə, yanvarın 1-də saat 20 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Astara rayon sakini Əhəd Abbasov idarə etdiyi "Mercedes" markalı avtobusla yolu keçən 40-45 yaşlı kişini vurub. 

Nəticədə həmin şəxs hadisə yerində ölüb.