Bu cür hasarlar görmüsünüz? FOTO


Dünya 02 Yan 2018 12:16:00 274 0

Bu cür hasarlar görmüsünüz?  FOTO

Yeni Zelandiyada insanlar zibildən yaxa qurtarmaq üçün çox maraqlı üsul tapıblar. Onlar həmin əşyaları hasardan asırlar. Bunlar ayaqqabı, çəkmə, diş fırçası, velosiped, avtomobil diskləri, oyuncaqlar, bir sözlə əvvəllər insanın işinə yarayan hər şey ola bilər. Yol kənarlarında həmin əşyalardan yaradılmış hasarlar təkrarolunmazlığı ilə seçilir. 

Onların arasında daha çox marağa səbəb olanı isə Mərkəzi Oraqodakı Kardron deyilən yerdə büstqalterlərlə bəzədilmiş hasardır.

Deyilənə görə, 1999-cu ildə Kardrondakı oteldə Yeni il bayramını qeyd edən qadınlar gecə oranı tərk edərkən büstqalterlərini soyunub hasardan asmaq qərarına gəlirlər. Sonrakı həftələrdə isə hasardakı büstqalterlərin sayı getdikcə artıb. Sonrakı illərdə onların sayı minlərlə çoxlaraq turistlərin diqqətini ən çox cəlb edən yerlərdən birinə çevrilib.