"Poxmel" olanlar oxusun: ayılmaq üçün bunları edin


Digərləri 02 Yan 2018 11:51:00 289 0

"Poxmel" olanlar oxusun: ayılmaq üçün bunları edin

Bayram gecəsi, yaxud qonaqlıqda, əyləncədə çoxlu spirtli içki qəbulundan sonra səhərlər özünə gəlmək çətindir

Bayram gecəsi, yaxud qonaqlıqda, əyləncədə çoxlu spirtli içki qəbulundan sonra səhərlər özünə gəlmək çətindir. "Poxmel" insan sanki bütün gününü boşuna sərf etmiş olur. Başı ağırıyır, halsız olur, özünü pis hiss edir.

Əgər siz də "poxmel"dən ayıla bilməmisinizsə, ailem.az-ın bu tövsiyələrinə əməl edin.

- Baş ağrısını, bədəndəki ağırlığı və yorğunluğu götürmək üçün az duzlu sodalı ayran içə bilərsiniz. Böyük bir stəkanın yarısını az duzlu ayran, yarısını mədən sodası ilə doldurun və yavaş-yavaş qarışdırın. Bədəndəki mineral itkisinin qarşısını bu şəkildə ala və özünüzü daha gümrah hiss edə bilərsiniz.

- Çoxlu su için. Spirt bədəni qurutduğu üçün bol maye qəbul etmək lazımdır. Axşam hər qədəhdən sonra bir stəkan, ertəsi gün isə 2, ya 3 litr su qəbul edin. Hindistan qozu suyu da "poxmel" olanlar üçün çox uyğundur. Suyunuza bir az dəniz duzu və limon da əlavə edə bilərsiniz. Yaşıl meyvə və tərəvəzlərin suyu da elektrolit tərkibli olduğu üçün tövsiyə edilir.

- Gün ərzində qəhvə və qara çay əvəzinə bitki çayları içərək, günü daha rahat keçirə bilərsiniz.

- Spirtli içki içmədən əvvəl bir qaşıq zeytun yağı içsəniz spirt qanınıza daha az qarışacaq.

- Spirtli içki içmədən əvvəl yemək yeyin. Mədə boş olmamalıdır. Spirtli içkidən əvvəl qəhvə içmək olmaz. Qaraciyəri yükləyərək, özünüzü daha pis hiss etmənizə səbəb olar.

- Bütün günü yataqda keçirməyin. Bu, özünüzü daha halsız və yorğun hiss etmənizə səbəb olacaq. Piyada gəzin, təmiz hava alın.

- Səhər yuxudan oyananda yüngül bir nahar edin. Ağır nahar sizi daha çox yorar.