Dünya Bankından Azərbaycanda özəl sektorun inkişafı üçün


Digərləri 02 Yan 2018 09:18:00 224 0

Dünya Bankından Azərbaycanda özəl sektorun inkişafı üçün

Azərbaycanın özəl sektorunun gələcək inkişafı üçün qanunvericiliyə bir sıra dəyişikliklər edilməsi zəruridir.

Son.az bildirir ki, bunu Trend-ə  Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin (MIGA) icraçı vitse-prezidenti və baş icraçı direktoru xanım Keiko Honda deyib.

K.Honda qeyd edib ki, Azərbaycanın yaxşı infrastrukturu var və aktiv şəkildə ölkəyə özəl sektoru cəlb edə bilər:

"Bununla belə, söhbət təkcə özəl maliyyələşdirilmədən getmir. Bunun üçün hüquqi çərçivədə bir neçə dəyişiklik edilməsi zəruridir ki, bu da dövlət və özəl sektor arasında əməkdaşlığı yüksəltməyə, eləcə də ölkəyə, məsələn, müstəqil elektrik enerjisi istehsalçılarını cəlb etməyə imkan verəcək. Hesab edirəm ki, bu addım özəl sektorun daha da inkişafına və ölkədə özəl investisiya yatırımlarının həcminin artmasına səbəb olacaq".

Öz növbəsində, MIGA-nın əməliyyat qrupunun direktoru Sarveş Suri Trend-ə bildirib ki, Azərbaycan hökumətinin əsas məqsədi ölkə iqtisadiyyatını diversifikasiya etməkdir və Dünya Bankı Azərbaycana bu istiqamətdə dəstək verməyə hazırdır.