Bitcoin valyuta deyil və heç bir zaman da olmayacaq


Digərləri 01 Yan 2018 21:40:00 260 0

Bitcoin valyuta deyil və heç bir zaman da olmayacaq

2017-ci ili "Bitcoin ili" adlandırsaq yanılmarıq. Ən məşhur və dəyərli kriptovalyuta bu il ərzində rekord dalınca rekorda imza atır. Bu yazını hazırladığım vaxtda 1 Bitcoin təxminən 8015.52 dollar civarında ticarət olunurdu. Qeyd edək ki, ilin əvvəlində 1 Bitcoin 960 dollara bərabər idi.

Mən hələ də təəccüb edirəm ki, bir çoxları Bitcoin-ə valyuta kimi yanaşır.

Hansı mövqedə olmağınızdan asılı olmayaraq, sizi məyus edəcəm (lakin oxumağa davam edin!) - Bitcoin valyuta deyil və heç bir zaman da valyuta olmayacaq. Nəyə görə? İndi deyirəm.

Valyutaları başa düşmək

İstənilən valyuta (dollar, manat, rubl) aşağıdakı 3 əsas meyarı ödəməlidir:

Mübadilə vasitəsi funksiyasını yerinə yetirməli; Dəyərin ölçüsü olmalı; Yığım vasitəsi olmalıdır. Bitcoin yuxarıda qeyd edilən bəzi meyarları ödəsə də, məşhur kriptovalyuta bütün meyarları tam ödəyə bilmir. Gəlin meyarları bir-bir nəzərdən keçirək.

Mübadilə vasitəsi

Biz bununla razılaşmalıyıq. Çünki, getdikcə Bitcoin-i ödəniş kimi qəbul etməyə başlayan satıcıların sayı artıb. Həmçinin, Bitcoin bankomatları şəbəkəsi və Bitcoin ödəniş kartlarının sayı mütəmadi olaraq artır.

Son.az moneta.az-a istinadən bildirir ki, lakin, bu qəpiyin bir üzüdür. Faktiki olaraq, ən məşhur kriptovalyuta mübadilə vasitəsi kimi çox zəif performans göstərir. Buna səbəb isə, Bitcoin-nin yüksək volatilliyinə görə əmtəələri və ya xidmətləri Bitcoin-lə göstərmək qeyri-praktiki və əlverişsizdir. Məsələn, avtomobilinizi satmaq qərarına gəlmisiniz və onun qiymətini Bitcoin-lə ifadə etmək istəyirsiniz. Günün başlanğıcında öz avtomobilinizə 1 Bitcoin qiymət qoyursunuz, lakin gündəlik qiymət dəyişkənliklərə görə (qiymət dəyişkənliyi gün ərzində 30-40% aralığında olur) avtomobilin qiyməti günün axırında 1.5 Bitcoin edir.

Dəyər ölçüsü

İqtisadiyyatda dəyər ölçüsü - əmtəə, xidmət, aktiv və ya öhdəliklər, gəlir və xərclər kimi iqtisadi elementlərin real dəyərini təmsil etmək üçün istifadə olunan nominal monetar ölçü vahidi və ya valyutanı bildirir. Yenidən volatillik xüsusiyyətinə qayıtsaq, Bitcoin-nin bu kriteriyanı ödəmədiyini başa düşərik.

Nəzərə almalı olduğumuz digər önəmli bir məsələ isə, heç bir borc verən istehlakçı krediti, ipoteka krediti, kredit və ya debit kartların dəyər ölçüsü kimi Bitcoin-dən istifadə etmir (siz Bitcoin-u xərcləyə bilərsiniz, lakin real əməliyyatlar dollar, avro və ya digər fiat valyutalarla baş verir).