Bəxşiş vermək adəti haradan yaranıb və biz bunu niyə veririk?


Digərləri 01 Yan 2018 19:45:00 326 0

Bəxşiş vermək adəti haradan yaranıb və biz bunu niyə veririk?

Bəxşiş vermək ənənəsi Britaniyada yaranıb və sonradan bütün dünyada yayılıb. Niyə bəzi insanlar bəxşişi səxavətlə verirlər, bəziləri isə xəsislik edirlər. Bəs niyə bəzi ölkələrdə xidmət sahəsi işçilərinə verilən əlavə mükafat yaxşı qarşılanmır?

"Bəxşiş" anlayışı XVI əsrdə Britaniyada yaranıb. Məhz o zaman ingilislərdə çay ənənəsi yaranıb və əgər qonaqlar gecəni sahibin evində qalırdılarsa, o zaman onun qulluqlçularına pul verirdilər.

Bəxşiş fenomeni çoxdandır ki, iqtisadçıların həqiqi marağına səbəb olub: əlavə ödəniş, xüsusən bunu qanunla etməyə məcbur deyiliksə, bizim şəxsi maraqlarımıza zidd deyilmi?

Əgər siz çoxlu səyahət edirsinizsə, o zaman hər ölkənin bununla bağlı öz qaydaları olduğunu yəqin ki, bilirsiniz.

ABŞ-da ofisianta hesabın 15-25, Braziliyada 10, İsveçdə isə 5-10 faizini vermək adəti var. Şərqdə bəxşiş vermək mədəniyyəti Qərbdəki adətlərdən hiss ediləcək dərəcədə fərqlənir. Xüsusulə, Yaponiyada bəxşişlə bağlı vəziyyət aydın deyil.

Ümumilikdə fikir belədir: bu ölkədə bəxşiş verilmir. Əgər siz restorandan çıxarkən masada pul qoysanız, böyük ehtimalla ofisiant sizin arxanızca qacaraq "unutduğunuzu" sizə vermək istəyəcək.

"Tədqiqatlar göstərir ki, ekstraversiya (əsas şəxsiyyət göstəricisi) şkalası üzrə yüksək qiymət alan millətlər daha səxavətli bəxşiş verirlər",-deyə Cornell universitetinin ictimai iaşə idarəçiliyinin professoru Michael Linn qeyd edir. Bəxşiş vermək təcrübəsi bu alimin tədqiqat sahəsinə daxildir.

Lakin milli xarakterin xüsusiyyətləri bəzi ölkələrdə maddi cəhətdən əməyə qiymət verilməsinin yeganə səbəbi deyil, professor belə düşünür.

Burada sosial normalar, məvacibdə fərqlər, həmçinin xidmətə görə əlavə pul vermək ənənəsi böyük rol oynayır.

Bundan başqa bəxşiş sisteminin necə işləməsi həmçinin digər mədəniyyət təcrübəsinə də təsir edə bilər. Belə ki, 2016-cı ilin tədqiqatı göstərdi ki, səfərdən ABŞ-a geri qayıdanlar öz vərdişlərini dəyişərək bəxşiş üçün daha böyük məbləğ verməyə başlayıblar.

"Əlavə pul mükafatı vermək təcrübəsi şübhəsiz ki, iqtisadiyyatla bağlıdır. Onun əsasını isə sosial normalar təşkil edir",- Pennsilvaniya universitetinin beynəlxalq münasibətlər üzrə professoru və yuxarıda adı çəkilən tədqiqatın müəllifi Edward Mansfield qeyd edir.

Professor Linn-in fikrincə, bizi bəxşiş verməyə sövq edən tamamilə müəyyən səbəblər var. Bu, xidmət heyətini sizə gələn dəfə daha yaxşı qulluq etmək üçün həvəsləndirmək, yaxşı işə görə "təşəkkür etmək" , ya da ətrafdakılar tərəfindən təsdiq olunmaq cəhdi də ola bilər.

Lakin Linn-in apardığı tədqiqat göstərir ki, əsas amil müəyyən edilmiş qaydalara riayət etmək və mühakimədən yayınmaq arzusudur. Bizi bəxşiş verməyə təşviq edən səbəblər nə vaxt və hansı xidmətə görə bəxşiş verməyə hazır olduğumuzu müəyyən edir.

Məsələn, bəxşişi şəxsi sosial statusunun təsdiqi kimi qəbul edənlər onu daha tez-tez xidmətə görə verirlər, hansı ki, bu işə görə bəxşiş vermək çox da qəbul olunmayıb.

Bunların arasında veterinar və avtomexanik işi də var. Xidmət göstərənlərə "təşəkkür etmək" arzusunu başlıca səbəb kimi görənlər bütün peşə nümayəndələrinə, xüsusilə tez-tez bəxşiş almayanlara bəxşiş verirlər.

Amma bəxşişi "vəzifə borcuna" görə verənlər adətən bunu, ancaq ümumi qəbul edilmiş və çoxdan tənzimlənən vəziyyətlərdə, məsələn, avtomobil dayanacağı üçün verirlər.

Bəzən restoranlar tövsiyyə olunan bəxşiş miqdarını hesabda göstərirlər və bu rəqəm də 20 faiz təşkil edə bilər. Cəmiyyətdə qəbul edilmiş normalardan yüksək bəxşiş vermək təklifi müştəriləri uzaqlaşdırır və belə hallarda əksər müştəri heç bəxşiş belə vermir.