Naxçıvan Muxtar Respublikasında Yeni il şənlikləri keçirilib FOTO


Digərləri 01 Yan 2018 18:11:00 398 0

Naxçıvan Muxtar Respublikasında Yeni il şənlikləri keçirilib  FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: "Gələcəyimiz çox parlaq olacaqdır. Qarşımızda bütün yollar açıqdır. Biz irəliyə, müasirliyə, inkişafa, tərəqqiyə doğru gedirik".

Sabitlik və sürətli sosial-iqtisadi inkişaf, aparılan genişmiqyaslı quruculuq işləri müstəqil Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında 2018-ci ili də quruculuq və tərəqqi mərhələsinə çevirəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Son.az-a bildirilib ki, yanvarın 1-də Naxçıvan Muxtar Respublikasının şəhər və rayon mərkəzlərində Yeni ilin gəlişi münasibətilə bayram şənliyi keçirilib.

Naxçıvan şəhərinin Heydər Əliyev prospektində təşkil olunan bayram şənliyində Naxçıvan Dövlət Kukla Teatrı aktyorlarının ifasında səhnəciklər təqdim edilib, şən mahnılar səslənib.

Bayram şənliyində muxtar respublikada fəaliyyət göstərən istehsal və xidmət müəssisələri tərəfindən əhaliyə ictimai-iaşə xidməti göstərilib.


Xəbərə aid fotolar