Minnətdarlıq sizi və beyninizi necə dəyişdirir?


Digərləri 01 Yan 2018 16:50:00 231 0

Minnətdarlıq sizi və beyninizi necə dəyişdirir?

Müxtəsərliyin və səmərəliliyin əhəmiyyətini vurğulayaraq idarə olunan sağlamlıq xidmətlərinin artması ilə ruhi sağlamlıq mütəxəssisləri belə bir çətin suallara qarşılaşıblar : Onlar öz müştərilərinə ən qısa zaman ərzində ən çox faydanı əldə etməyə necə kömək edə bilərlər?

Ən son sübut bunu göstərir ki, perspektivli bir yanaşma psixoloji məsləhətləri müştərilər üçün çox da zəhmətli olmayacaq, lakin yaxşı nəticələr verəcək fəaliyyətlərlə tamamlamaqdır. Etdiyimiz araşdırmada isə biz bütün diqqətimizi belə bir fəaliyyətə yönəltdik : minnətdarlıq praktikasına. Doğurdan da, bir çox araşdırmalar göstərir ki, şüurlu olaraq öz şükür etməklərini sayan insanlar digərlərinə nəzərən daha az depressiv və daha çox xoşbəxt olurlar.

Problem budur ki, minnətdarlıq mövzusunda olan bir çox araşdırmalarkollec tələbələri və digər sağlam insanlar üzərində aparılıb. Bəs görəsən minnətdarlıq zehni sağlamlıq problemləri olan insanlar üçün də faydalıdırmı? Faydalıdırsa, necə faydalıdır?

Biz öz işimizə bu sualları bu yaxınlarda olan bir araşdırmaya daxil olan əksəri kollec tələbələri olan və universitetdə zehni sağlamlıq məsləhətləri axtaran  300 nəfər yetkin şəxsə ünvanlamaqla başladıq. Biz bu insanları məsləhətləşmənin birinci sessiyasından dərhal əvvəl topladıq və onlar özlərinin zehni sağlamlıqlarının ortalama olaraq kliniki olaraq aşağı səviyyədə olduğunu məruzə etdilər. Universitetdə məsləhətləşmə xidməti axtaran insanların əksəriyyətinin depressiya və narahatçılıqdan əziyyət çəkirdilər.

Biz iştirakçıları təsadüfi olaraq üç qrupa böldük. Bütün qruplar məsləhətləşmə xidməti qəbul etsə də birinci qrup üzvlərinə eyni zamanda üç həftə ərzində hər həftə başqa bir şəxsə minnətdarlıq məktubu yazmaq tapşırıldı. İkinci qrupun üzvlərinə özlərinin ən neqativ təcübələri ilə bağlı ən dərin düşüncələrini və hisslərini yazmaq tapşırıldı, üçüncü qrup isə heç nə yazmadı.

Biz nəticə olaraq bunu tapdıq ki, sadəcə özlərinin mənfi təcrübələri ilə bağlı yazan və ya heçnə yazmayanlara nəzərən minnətdarlıq məktubu yazanlar seanslar bitdikdən 4-12 həftə sonra çox daha yaxşı bir zehni sağlamlıq əldə etdilər. Bu onu göstərir ki, minnətdarlıq yazıları təkcə sağlam fərdlər üçün yox, eyni zamanda zehni sağlamlıq problemləri yaşayanlar üçün də faydalı ola bilər. Deməli belə görünür ki, psixoloji məsləhət almağın üzərində məmnuniyyəti də praktika etmək sadəcə məsləhətləşmə etməkdən daha çox fayda daşıyır, hətta məmnunluq praktikası qısa olsa belə.

Bu heç də son deyil. Nəticələrin dərinliyinə vardıqca biz minnətdarlığın bədən və zəka üzərində necə işlədiyinin əlamətlərini də müəyyən etdik. Qəti olmasa belə aşağıdakı araşdırmalarımızdan çıxan aşağıdakı dördməsələ minnətdarlığın psixoloji faydalarının arxasında duran səbəbləri müəyyən edə bilər.

Minnətdarlıq bizi zərərli emosiyalardan azad edir. Biz ilk öncə iki yazı yazan qrupun istifadə etdiyi sözləri analiz etdik və müəyyən etdik ki, minnətdarlıq qrupunda olanlar pozitiv emosiyalı sözlərdən və "biz" sözündən istifadə ediblər. Buna baxmayaraq pozitiv emosiyalı sözlərdən və "biz" sözündən istifadə edənlərin sonradan heç də daha yaxşı zehni sağlamlığı yox idi. İnsanlar yalnız onda daha yaxşı mental sağlamlıq bəyan etdilər ki, onda onlar öz məktublarında daha az mənfi emosiyalı sözlərdən istifadə edirdilər, yəni iki yazı yazan qrup arasındakı zehni fərqi izah edən müsbət sözlərin bolluğu yox, mənfi sözlərin qıtlığı idi. Ola bilər bu onu təklif etsin ki, minnətdarlıq məktubları insanların diqqətini inciklik və paxıllıq kimi zərərli emosiyalardan uzaqlaşdırmaqla daha yaxşı zehni sağlamlıq yaradır. Siz digər insanlara qarşı necə minnətdar olduğunuzu yazsanız, sizin üçün mənfi təcrübələriniz haqqında düşünməyiniz çox daha çətin olur.

Minnətdarlıq siz onu hətta bölüşməsəniz belə yardımçı olur. Son.az yasilelm.com-a istinadən bildirir ki, biz minnətdarlıq məktubu yazan şəxslərə onları nəzərdə tutduqları alıcıya göndərmək şərtini qoymamışdıq. Faktiki olaraq isə onların sadəcə 23 faizi bu məktubları göndərdi, lakin məktubu göndərməyənlər belə yazdıqları məktubun faydalarını görə bildilər ( məktubu göndərənlərin sayı az olduğu üçün biz onların zehni sağlamlığının digərlərindən nə qədər yaxşı olduğunu müəyyən edə bilmədik ). Bu onu təklif edir ki, minnətdarlıq məktubu yazmağın zehni sağlamlığa faydası heç də tamamilə bu minnətdarlığı başqası ilə kommunikasiya etməkdən asılı deyil. Nəticə olaraq, əgər siz minnətdarlıq məktubu yazmağı düşünsəniz belə, onu yazdığınız şəxsin oxumasında tərəddüd edirsinizsə, yenə də yaza bilərsiniz və sonra göndərib-göndərməməyə qərar verərsinz. Minnətdarlıq məktubu yazmaq sizə həyatınızdakı insanları dəyərləndirmək və öz diqqətinizi mənfi hisslərdən və fikirlərdən uzaqlaşdırmağa kömək edər.